<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Rəbbin sözü su tək axır, dolur bizim qəlbimizə İL509</title>
<lyrics>[V1]
 Rəbbin sözü su tək axır, dolur bizim qəlbimizə,
 Onu içən şəfa tapır, inam gəlsin qəlbinizə.
 Oxuyub yaşa imanla, gözləmə, dostum, sabahı,
 Dostluq etmə dünyayla, hər gün axtar sən Allahı.

[C1]
   Dəryadır Allahın Kəlamı, biz ondan alırıq nəsihət,
   İmana aparır adamı, biz ondan alırıq qüdrət.

[V2]
 Rəbbin hər sözü gözəldir, kim eşidir heyran olur,
 Dünyamızda O, əzəldir, Onu sevən Ruhla dolur.
 Onun Müqəddəs sözləri xeyir-dua verir sənə,
 Allahdır həyat Rəhbəri, əməl elə hər sözünə.</lyrics>
<hymn_number>509</hymn_number>
</song>